10.05.2018-ci il tarixdə Gəncə şəhəri ərazisində salınmış 600 ailəlik qəsəbədə fəaliyyət göstərən Xocalı rayon Kosalar, Yaloba, Başkənd kənd və Kəlbəcər rayon 99 saylı tam orta məktəblərinin müəllim və şagirdlərindən ibarət yığma komandalar arasında Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə voleybol yarışı keçirildi.
"Xocalının səsi" qəzetinin və YAP Xocalı rayon təşkilatının Gəncə şəhəri Yeni qəsəbə-2 üzrə ərazi ilk partiya təşkilatının birgə təşəbbüsü ilə keçirilən yarış yüksək əhval ruhiyyə altında baş tutdu. Şagirdlərin məktəb həyatında ən xoş xatirələrindən biri kimi yadda qalan voleybol yarışında Xocalı rayon Yaloba kənd tam orta məktəbinin komandası I yerə sahibi oldu. Qalib komanda ənənəvi keçirilən yarışın əsas hədiyyəsi olan voleybol topu və Fəxri Fərmanla təltif edildi. Yarışda II yeri tutan Xocalı rayon Əli Kərim adına Başkənd kənd orta məktəbinin, III yerə tutan Xocalı rayon Kosalar kənd kənd tam orta məktəbinin və IV yeri tutan Kəlbəcər rayon 99 saylı tam orta məktəbinin komandaları da Fəxri Fərmana layiq görüldülər.
Sonda bütün komandaların üzvləri xatirə şəkilləri çəkdirdilər.